Cari ilin yanvar-fevral aylarında magistral qaz kəmərləri ilə 6 milyard 975,2 milyon kubmetr qaz nəql edilib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, qazın nəqlinin 46,9 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 3 milyard 269,8 milyon kubmetr qaz ötürülüb.