ABŞ prezidenti Co Bayden aktivlərinin dəyəri 100 milyon dollardan çox olan ev təsərrüfatlarından minimum 20 faiz həcmində gəlir vergisinin tutulması barədə təkliflə çıxış etməyi planlaşdırıb. Bu xəbəri yayan CNBC televiziya kanalının istinad etdiyi sənəddə göstərilir ki, nəzərdə tutulan verginin tətbiqi ölkə büdcəsinə ilk on il ərzində təxminən 360 milyard dollar vəsait gətirəcək. Mütəxəssislərin qənaətinə görə, bu məbləğin yarıdan çoxu sərvəti 1 milyard dollardan artıq olan varlılardan tutulacaq.