Yanvar-fevral aylarında magistral neft kəmərləri ilə 5,5 milyon ton neft nəql edilib

2022.03.28 18:17 (UTC+04:00)

Cari ilin yanvar-fevral aylarında magistral neft kəmərləri ilə 5 milyon 575 min ton neft nəql edilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 76,7 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib və cari ilin yanvar-fevral ayları ərzində bu kəmər vasitəsilə 4 milyon 276,9 min ton neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə 800,9 min ton tranzit nefti də nəql edilib.