Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi sahibkarların balansında olan və sahibkarlıq fəaliyyətində istifadə edilən daşınar əsas vəsaitlərə görə əmlak vergisi hesablanır. Fərdi sahibkar, fəaliyyətinin ləğvi hallarında, vergi uçotundan çıxarılma barədə ərizənin verildiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməyə borcludur.
Əsas: Vergi Məcəlləsinin 197.1.3-cü və 201.5-ci maddələri