İki ayda neft məhsullarının istehsalı 25,4 faiz artıb

2022.03.28 13:15 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında neft məhsullarının istehsalının ümumi dəyəri 596,9 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, yanacaq mazutunun istehsalında 8,2 dəfə, avtomobil benzininin istehsalında 51,2 faiz, sürtkü yağlarının istehsalında 21,5 faiz, dizel yanacağının istehsalında 0,5 faiz artım olub. Neft koksunun istehsalı 12,2 faiz, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,4 faiz azalıb.