Çin təbii sərvətlər üçün yeni vergi sistemi tətbiq edəcək

2019.04.14 16:09 (UTC+04:00)

Hökumətdən daxil olan məlumata görə, təbii sərvətlər üçün eksperimental əsasda tətbiq olunan vergi sistemi modernləşdirilib. İslahatlar çərçivəsində Çin verginin təbii resursların həcminə əsasən tutulmasından onların əhəmiyyətinin nəzərə alınmaqla tutulmasına keçir. Hazırda yeddi növ təbii sərvət – xam neft, təbii qaz, kömür, qeyri-metal filizi, əlvan metal filizi, ağır metal filizi və duz vergiyə cəlb olunur. Hökumətin mövqeyinə görə, təbii sərvətlər üzrə vergi islahatının aparılması istehsalçı ölkələr arasında fərqi nəzərə almaqla qiymətqoyma mexanizminin təkmilləşdirilməsinə imkan yaradacaq; koordinasiyaya və regional inkişafın genişlənməsinə müsbət təsir göstərəcək; resursaların qorunub saxlanılmasını və ekoloji baxımdan düzgün istismar olunmasını təmin edəcək.