Fevralda dəmir yolu ilə 270,7 milyon dollarlıq yük daşınıb

2022.03.28 12:00 (UTC+04:00)

Fevralda dəmir yolu nəqliyyatı ilə ümumilikdə 495 min 90 ton yük daşınıb ki, bu yüklərin dəyəri 270,7 milyon ABŞ dolları olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, keçən ay dəmir yolu nəqliyyatı ilə ixrac olunan 231 min 829 ton yükün dəyəri 96,6 milyon dollar təşkil edib.

Eyni dövrdə bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 263 min 261 ton, dəyəri isə 174,1 milyon dollar olub.