İki ayda Azərbaycana 5657 çeşiddə məhsul gətirilib

2022.03.28 11:08 (UTC+04:00)

Yanvar-fevral aylarında Azərbaycana 5657 çeşiddə məhsul idxal olunub.

Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Qeyd edək ki, iki ayda Azərbaycanda idxal əməliyyatlarının dəyəri 1 milyard 972,4 milyon ABŞ dolları olub.