İşdən əsassız çıxarılan işçi yenidən işə qayıdarkən əməkhaqqının ədənilməsi

2022.04.01 14:03 (UTC+04:00)

Əmək Mə­cəl­lə­si­nin 74 cü mad­də­si­nin 2-ci his­sə­sin­də göstərilib ki, qa­nun­suz və ya əsas­sız yerə iş­dən çı­xa­rıl­mış iş­çi məh­kə­mə qərarı ilə işə qaytarıldığı halda işə­gö­tü­rən tə­rə­fin­dən məh­kə­mə­nin qa­nu­ni qüv­və­yə min­miş qət­na­mə­si (qə­ra­rı) dər­hal ic­ra edil­məli, işçi əv­vəl­ki və­zi­fə­si­nə qaytarılmalı və ya öz ra­zı­lı­ğı ilə baş­qa və­zi­fə­yə (işə) qəbul olun­ma­lı­dır.

Misal 1: ­Müəs­si­sə­də mon­taj­çı və­zi­fə­sin­də ça­lı­şan işçi (Amil) 1 fevral 2021-ci il­də iş­dən çı­xa­rıl­ıb və əvəzinə başqa işçi (Tural) qə­bul edilib. Amil iş­dən çı­xa­rıl­ması­nın əsas­sız ol­duğu ilə bağ­lı məh­kə­mə­yə mü­ra­ci­ət edib və 1 iyun 2021-ci il­də onun işi­nə (və­zi­fə­si­nə) bər­pa edil­mə­si haq­qın­da məh­kə­mə­nin qa­nu­ni qüv­və­yə min­miş qət­na­mə­si mü­əs­si­sə­yə təq­dim edilib. Bu hal­da həm işdən qanunsuz çıxarılan Amil, həm də onun yerinə işə qəbul edilən Tural ilə əmək mü­na­si­bət­lə­ri ne­cə tən­zim­lən­məlidir?

Məh­kə­mə­nin qa­nu­ni qüv­və­yə min­miş qə­rar və qət­na­mə­lə­ri mü­əs­si­sə tə­rə­fin­dən ic­ra edil­mə­li­ olduğuna gö­rə Əmək Mə­cəl­lə­si­nin 74-cü mad­də­si­nin “b” bən­di­nə ( əv­vəl­lər mü­va­fiq iş­də (və­zi­fə­də) ça­lı­şan iş­çi­nin işi­nə (və­zi­fə­si­nə) bər­pa edil­mə­si ba­rə­də məh­kə­mə­nin qa­nu­ni qüv­və­yə min­miş qət­na­mə­si (qə­ra­rı) ol­duq­da) əsa­sən, Turalın əmək mü­qa­vi­lə­si­nə xi­tam ve­ri­lə­rək ona mü­va­fiq ödə­niş­lər edil­mə­lidir.

İşdən qanunsuz çıxarılmış Amil isə məh­kə­mə­nin qə­ra­rı­ verilən ta­rix­dən işi­nə bər­pa edil­mə­li və ona əsas­sız ye­rə iş­dən çı­xa­rıl­dı­ğı ta­rix­dən işə bər­pa edil­di­yi ta­ri­xə­dək olan dövr üçün əməkhaq­qı ödə­nil­mə­li­dir. Hə­min müd­dət məc­bu­ri iş­bu­rax­ma döv­rü he­sab edi­lir.

Məc­bu­ri işbu­rax­ma, iş­çi­nin işə­gö­tü­rə­nin təq­si­ri uc­ba­tın­dan öz əmək funksiyalarının ic­ra­sı­nı mü­əy­yən dövr üçün ic­ra edə bil­mə­mə­si­dir. İş­çi tə­rə­fin­dən işbu­rax­ma döv­rü üçün iş­çi­yə hər han­sı ödə­niş olun­mur. İşə­gö­tü­rə­nin təq­si­ri uc­ba­tın­dan məc­bu­ri iş­bu­rax­ma baş ve­rdikdə isə işə­gö­tü­rən iti­ril­miş əməkhaqq­ı­nı tam ödəməli­dir.

Ami­lin maa­şı­nın 570 ma­nat ol­du­ğu­nu fərz et­sək, ona 4 ay üçün (fev­ral, mart, ap­rel, may) əməkhaq­qı he­sab­la­nmalı mü­va­fiq tu­tul­ma­lar edildikdən son­ra qalan məbləğ ona ödə­nil­mə­li­dir. Yəni Ami­lə məc­bu­ri iş­bu­rax­ma döv­rü üçün 2.280 manat əməkhaqqı hesablanmalıdır:

570x 4 = 2280 manat

Ami­lin 4 ay iş­lə­mə­di­yi müd­dət məc­bu­ri iş­bu­rax­ma döv­rü he­sab edi­lir və Əmək Mə­cəl­lə­si­nin 132-ci mad­də­si­nə əsa­sən, onun əmək sta­jına və so­si­al sı­ğor­ta sta­jı­na daxil edi­lir. Məcəllənin 132-ci mad­də­nin “b” bən­di­nə əsa­sən, qa­nun­suz və əsas­sız iş­dən çı­xa­rıl­maq­la, ya­xud baş­qa işə ke­çi­ril­mək­lə əla­qə­dar işə bər­pa edi­lən iş­çi­lə­rin məc­bu­ri iş­bu­rax­ma döv­rü əmək sta­jına da­xil edilir.

Amil işə­gö­tü­rə­nin tə­şəb­bü­sü və özü­nün ra­zı­lı­ğı ilə əvvəlki və­zi­fə­sin­dən aşa­ğı ol­ma­yan baş­qa işə də ke­çi­ri­lə bi­lər. Bu hal­da Tu­ra­lın əmək mü­qa­vi­lə­si­nə xi­tam verməyə ehtiyac qalmır. Amilə isə baş­qa işə ke­çi­ril­məyindən, yaxud öz və­zi­fə­si­nə bər­pa edil­məyindən ası­lı olmayaraq məc­bu­ri iş­bu­rax­ma döv­rü üçün əməkhaq­qı ödənilməlidir və hə­min müd­dət onun sta­jı­na da­xil edi­lə­cək­dir.

Qeyd edi­lən hal­lar işə­gö­tü­rən tə­rə­fin­dən mü­va­fiq əmr­lər­lə rəs­mi­ləş­dir­mə­li­dir.