“ƏDV geri al” tibb xidmətlərində keçərlidirmi?

2022.03.30 11:44 (UTC+04:00)

Vətəndaşlar ödənişli tibbi xidmətlərə müraciət etdikləri zaman klinikaya ödədikləri ƏDV-nin müəyyən hissəsi geri qaytarılırmı?

Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində tibbi xidmətlərin göstərilməsinə görə ödənilmiş ƏDV-nin qaytarılması həyata keçirilir.

Qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin isə 10 faizini təşkil edir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi