Ötən il Dövlət Neft Fondunun büdcə gəlirləri 70,8 faiz artıb

2022.03.18 17:48 (UTC+04:00)

Ötən il Dövlət Neft Fondunun gəlirləri ümumilikdə 15 milyard 985,6 milyon manat və yaxud 9 milyard 403,3 milyon ABŞ dolları təşkil edərək, büdcədə nəzərdə tutulan məbləğə nisbətən 199,8 faiz səviyyəsində icra olunub.

Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.

2021-ci ildə Fondun büdcə gəlirləri 2020-ci illə müqayisədə (5 milyard 506,3 milyon ABŞ dolları) 70,8 faiz çox olub.