Manatla pul bazası 2021-ci il ərzində 32,3 faiz artıb.
Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.
Sistem əhəmiyyətli banklarla aparılan müddətli deposit əməliyyatları nəzərə alınmadan il ərzində pul bazası 14,8 faiz artıb. Manatla geniş pul kütləsinin artımı 17,6 faiz olub.