2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları 25,2% artıb

2022.03.18 15:52 (UTC+04:00)

2022-ci ilin yanvar-fevral aylarında vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 25,2% artaraq 1 mlrd. 830,4 mln. manat təşkil edib və proqnoz 108,7% səviyyəsində icra olunub. Qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 41,8% artaraq 1 mlrd. 398,8 mln. manat olub və proqnoz 108,7% səviyyəsində yerinə yetirilib. Daxilolmaların 76,4%-i qeyri-neft-qaz sektorunun payına düşüb.