Mikayıl Cabbarov: Emal sənayesində 26,5 faiz artım qeydə alınıb

2022.03.18 14:30 (UTC+04:00)

Azərbaycanda qeyri-neft sektorunun inkişafında prioritet sahələrdən olan emal sənayesində bu ilin ilk 2 ayında ötən ilin müvafiq dövrünə nisbətən 26,5 faiz, qeyri-neft emal sənayesində isə 27 faiz artım qeydə alınıb.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.