Ötən ay dəniz limanlarında 808 min ton yükləmə-boşaltma işləri həyata keçirilib

2022.03.18 12:31 (UTC+04:00)

Fevralda dəniz limanlarında 808 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, yüklərin 751,7 min tonunu tranzit yükləri təşkil edib.

Keçən ay dəniz nəqliyyatı ilə daşınmış sərnişinlərin sayı 500 nəfər olub.