Poçt və ya sürətli karqo ilə bir şəxsə, Avropa İttifaqı (Aİ) ölkələri istisna olmaqla, xarici ölkələrdən gələn və qiyməti 150 avrodan artıq olmayan əşyalar üçün ödənilən sabit verginin dərəcəsi 20 faizdən 30 faizə qaldırılıb.
Yeni qaydaya əsasən, ölkəyə poçt və sürətli karqo ilə gətirilən, vergidən azad edilən əşyalar üçün keçərli olan qiymət limiti də 1.500 avrodan 150 avroya endirilib.
Poçt və sürətli karqo ilə Aİ ölkələrindən bir şəxsə gələn, ticarət mahiyyəti daşımayan, qiyməti 150 avrodan artıq olmayan əşayanın qiymətinin 18 faizi, digər ölkələrdən gələn əşyaların dəyərinin isə 30 faizi miqdarında vergi tutulacaq.
Qərar bu il may ayının 22-dən qüvvəyə minəcək.