İki ayda 74,7 min ton meyvə-tərəvəz ixrac edilib

2022.03.18 11:30 (UTC+04:00)

Cari ilin iki ayında 74,7 min ton meyvə-tərəvəz ixrac edilib.

Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, ixrac edilən meyvə-tərəvəzin dəyəri 92,3 milyon dollar olub.

Xatırladaq ki, 2021-ci ilin eyni dövründə dəyəri 70,5 milyon dollar olmaqla 66,7 min ton meyvə-tərəvəz ixrac edilib.