Bu il yanvarın 1-nə xarici dövlət borcu 2021-ci ilin ümumi daxili məhsulunun 14,9 faizini, birbaşa xarici dövlət borcu isə ÜDM-in 13,5 faizini təşkil edib.
Bu barədə Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında icmal hesabatında bildirilir.
Adambaşına düşən xarici dövlət borcunun məbləği bu il yanvarın 1-nə 801,3 ABŞ dolları təşkil edib.