Keçən il xarici ticarət dövriyyəsi 32,1 milyard dollar olub

2022.03.17 15:24 (UTC+04:00)

2021-ci il üzrə xarici ticarət dövriyyəsi 32,1 milyard dollar təşkil edib, neft-qaz sektoru üzrə 17,5 milyard dollar həcmində profisit qeyri-neft sektoru üzrə 6,2 milyard dollar məbləğində kəsiri bağlayıb və nəticədə xarici ticarət balansında 11,3 milyard dollarlıq profisit yaranıb.

Mərkəzi Bankdan bildirilib ki, hesabat dövründə Azərbaycanın dünyanın 189 dövləti ilə ticarət əlaqələri olub. Xarici ticarətin 14 faizi MDB üzvü olan dövlətlərin, 86 faizi isə digər xarici dövlətlərin payına düşür.