Ötən il cari əməliyyatlar balansında 8,3 milyard dollar profisit yaranıb

2022.03.17 13:51 (UTC+04:00)

2021-ci ildə tədiyə balansı əsasən qlobal əmtəə bazarlarında qiymətlərin bərpası və qeyri-neft ixracının əhəmiyyətli artımından təsirlənib.

Mərkəzi Bankdan bildirilib ki, cari əməliyyatlar balansında 8,3 milyard dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 5,1 milyard dollar kəsir yaranıb, ehtiyat aktivləri 3,1 milyard dollar artıb. Bu dövrdə xam neftin orta qiyməti 67 dollar/barel olub, qeyri-neft ixracı isə 44 faiz artaraq 2,6 milyard dollar səviyyəsində formalaşıb.