Yanvarda Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 3,4 milyon ton, yük dövriyyəsi isə 803,8 milyon ton-kilometr olub.
Dövlət Statistika Komitəsindən bildirilib ki, yüklərin 1 milyon 959,8 min tonu və ya 56,2 faizi avtomobil nəqliyyatı, 1 milyon 125,3 min tonu və ya 32,2 faizi dəmir yolu nəqliyyatı, 405,7 min tonu və ya 11,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhliz vasitəsilə daşınmış yüklərin 23,1 faizini və ya 806,3 min tonunu tranzit yüklər təşkil edib.