Ümumi inşaat işlərinin 90,2 faizini özəl tikinti müəssisələri görüblər

2022.03.17 11:07 (UTC+04:00)

2022-ci ilin yanvar-fevral aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 55,4 faizini tikinti, yenidənqurma və genişləndirmə, 17,2 faizini əsaslı təmir, 5,8 faizini cari təmir, 21,6 faizini isə digər tikinti işləri təşkil edib.

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, ümumi inşaat işlərinin 90,2 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.