Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, şəhid olmuş şəxslərin ailə üzvlərinin əldə etdiyi maddi yardımın 20.000 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Buna əsasən, şəhid olan işçinin ailə üzvlərinə müəssisə tərəfindən ayrılan 15 min manat maddi yardımdan ödəmə mənbəyində vergi tutulmur.
Əsas: Vergi Məcəlləsinin 102.1.3.3-cü maddəsi.