Qаzaxıstan ABŞ-la vergi intizamının təkmilləşdirilməsi barədə sazişi ratifikasiya edib

2022.03.17 13:33 (UTC+04:00)

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Qazaxıstan Respublikası hökuməti və Amerika Birləşmiş Ştatları hökuməti arasında beynəlxalq vergi intizamının təkmilləşdirilməsi barədə sazişin ratifikasıya edilməsi haqqında” Qanunu imzalayıb.

Saziş Qazaxıstan tərəfin üzərinə ABŞ vergi ödəyiciləri barədə məlumatları ABŞ hökumətinə, ABŞ tərəfin üzərinə isə Qazaxıstana məxsus hüquqi və fiziki şəxslərin hesabları barədə məlumatları Qazaxıstan hökumətinə təqdim etmək öhdəliyi qoyur.