Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, fevral ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki ilin eyni dövrü ilə müqayisədə 18,2 faiz artaraq, milli valyuta ekvivalentində 17 milyard 242,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən bildirilib ki, ümumi kredit portfelinin 14 milyard 10,5 milyon manatı və ya 81,3 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 97,3 faizi banklar, 2,7 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 21,5 faiz azalaraq 706,6 milyon manat olub və ümumi kredit portfelinin 4,1 faizini təşkil edib.