Əsas kapitala yönəldilmiş ümumi vəsaitin 81,2 faizi sənaye və tikinti sektoruna sərf olunub

2022.03.16 13:27 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 61,1 faizi sənaye, 20,1 faizi isə tikinti sektoruna sərf olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin müddət ərzində sözügedən vəsaitin 11,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,8 faizi maliyyə və sığorta fəaliyyəti, 0,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrinə sərf edilib.