Rusiyada özüməşğul şəxslərin beş il vergi nəzarətindən azad ediləcəyi gözlənilir

2019.04.13 11:47 (UTC+04:00)

Rusiyanın maliyyə naziri Anton Sulianov özüməşğul şəxslərin fəaliyyətinin hüquqi tənzimlənməsi məsələlərinə həsr olunmuş yığıncaqdan sonra bildirib: "Biz belə bir qərar çıxarmışıq və bu qərarı özüməşğul şəxslərin fəaliyyəti ilə bağlı qanun təkmilləşdirilərkən hökumətə təqdim edəcəyik. Hansısa həvəsləndirməyə, müvafiq stimullara ehtiyac var. Bu stimullardan biri də müəyyən bir dövr ərzində, - mənim fikrimcə, həmin dövrün müddəti beş ildən az olmamalıdır, - bu sahibkarların işlərinə nəzarət tədbirlərinin tətbiq edilməməsi ola bilər".