Metallurgiya sənayesində 261,7 milyon manatlıq məhsul istehsal edilib

2022.03.15 17:38 (UTC+04:00)

Bu ilin yanvar-fevral aylarında metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 261,7 milyon manatlıq məhsul istehsal olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, həmin dövr ərzində hazır metal məmulatlarının istehsalı sahəsində 53,6 faiz, metallurgiya sənayesi məhsullarının istehsalında isə 41,8 faiz artım müşahidə olunub.

Eyni zamanda, hazır metal məmulatlarının istehsalı sahəsi üzrə 6586,8 ton qara metallardan digər konstruksiyalar istehsal edilib.