Cari ilin yanvar-fevral aylarında tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 121,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 83,8 faiz artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 4 dəfə, asfaltın istehsalı 70,7 faiz, tikinti kərpicinin istehsalı 62 faiz, betondan yığma tikinti konstruksiyaların istehsalı 59,5 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 52,1 faiz, tikinti gipsinin istehsalı 35,7 faiz artıb, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 8,8 faiz, tikinti əhənginin istehsalı isə 43,1 faiz azalıb.