Ermənistanın vurduğu ziyanın aradan qaldırılması üçün milyonlarla manat vəsait xərclənib

2022.03.15 16:07 (UTC+04:00)

Ermənistan silahlı qüvvələrinin hərbi təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Prezidentin tapşırıqlarının yerinə yetirilməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir bildirib ki, 11 rayon və şəhərdə ziyanın aradan qaldırılması üçün indiyədək 124 milyon manatdan çox vəsait xərclənib. O cümlədən nəzərdə tutulan 13 min 295 obyektdən 12 min 824 yaşayış və qeyri-yaşayış tikililərində təmir-bərpa işlərinin 96,5 faizi icra olunub. Qalan işlər (3,5 faiz) tamamlanmaq üzrədir.