Son iki ayda əməkhaqqı fondu 8,4 faiz artıb

2022.03.15 15:03 (UTC+04:00)

Ölkəmizdə əməkhaqlarında və əmək müqavilələrinin sayında baş verən ardıcıl artımlar illik əməkhaqqı fondunun mütəmadi artmasını şərtləndirir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən verilən məlumata görə, 2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda əməkhaqqı fondunda 8,4 faiz artım qeydə alınıb.

Xatırladaq ki, son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı 35 faiz, median əməkhaqqı 74 faiz artıb. Həmin dövrdə illik əməkhaqqı fondunda isə 2 dəfə artım baş verib.