Azərbaycanın strateji valyuta ehtiyatları 53 milyard ABŞ dollarını ötüb

2022.03.15 12:44 (UTC+04:00)

Strateji valyuta ehtiyatlarımız 2,5 milyard ABŞ dollarına yaxın artaraq 53 milyard ABŞ dollarını ötüb və xarici birbaşa dövlət borcunu 7 dəfədən çox (7,4) üstələyir.

Bunu Baş nazir Əli Əsədov Milli Məclisin martın 15-də keçirilən iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı deyib.

Baş nazir Əli Əsədov bildirib ki, 2021-ci ilin sonuna xarici birbaşa dövlət borcunun məbləği 7,4 milyard ABŞ dolları təşkil edib. 2020-ci ilin sonu ilə müqayisədə 707 milyon ABŞ dolları və ya 8,7 faiz azalıb. Birbaşa xarici dövlət borcu ümumi daxili məhsulun 13,5 faizini təşkil edib.

“2021-ci il üçün dövlət büdcəsinin gəlirləri 25,4 milyard manat proqnoza qarşı 26,4 milyard manat təşkil edib və 3,8 faiz çox olub”, - deyə Baş nazir qeyd edib.