Kriptovalyuta ticarəti hökuməti öz iqtisadiyyatına nəzarətdən məhrum etməyə qadir olan maliyyə piramidasıdır”, - Hindistanın Ehtiyatlar Bankının sədr müavini Rabi Sankar bildirmişdir. TASS agentliyinin məlumatında göstərilir ki, Hindistan rəsmisi rəqəmsal aktivlərin maliyyə müstəqilliyinə təhlükə yaratdığını və ölkənin maliyyə bütövlüyünü zədələdiyini vurğulayaraq demişdir: “Biz onu da gördük ki, kriptovalyutalar pul vahidi, aktiv və ya mal kimi müəyyənləşdirilə bilmir, onların pul axınları, eləcə də öz dəyərləri yoxdur. Kriptovalyutalar ABŞ-ın ilk maliyyə piramidası Pontsi kimidir, hətta bəlkə ondan da betərdir”.
Rabi Sankar qeyd etmişdir ki, kriptovalyuta ilə ticarət aparmaq valyuta və bank sistemlərini, bütövlükdə hökumətin iqtisadiyyata nəzarət imkanlarını zədələyə bilər.