Azərbaycan Gürcüstanın ikinci əsas elektrik enerjisi təminatçısıdır

2022.03.14 14:17 (UTC+04:00)

Gürcüstan istehlak etdiyi elektrik enerjisinin 10-14 faizini idxal edir. Biz elektrik enerjisini əsas iki ölkədən - Rusiya və Azərbaycandan alırıq.

Bu sözləri Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili söyləyib.

Onun sözlərinə görə, Gürcüstan il ərzində Rusiyadan təxminən 1,2 giqavat/saat, Azərbaycandan isə təqribən 600 meqavat/saat elektrik enerjisi tədarük edir”.

Nazir deyib ki, hazırda ölkənin elektrik enerjisi ilə təminatında problemi yoxdur. “Qış aylarında idxal əsasən artır, yaz-yay aylarında isə elektrik enerjisinin yerli istehsalının artıq hissəsi qalır. Gürcüstanda yerli istehsalın artımı gözlənilir və buna görə də yaxın aylarda ölkənin idxaldan asılılığı azalacaq”, -deyə L.Davitaşvili vurğulayıb.