Çin hökuməti vergi güzəştləri ilə kiçik və orta müəssisələrin dəstəklənməsini planlaşdırıb

2022.03.14 13:25 (UTC+04:00)

Çinin Baş naziri Li Kesyanq ölkə iqtisadiyyatının çatmış olduğu miqyaslar baxımından qarşıya orta və yüksək böyümə hədəflərinin qoyumasının getdikcə çətinləşdiyini bildirib.

Li Çin Milli Xalq Konqresinin illik yığıncağından sonra verdiyi mətbuat konfransında iqtisadiyyata və qlobal problemlərə dair açıqlama verib.

2022-ci il üçün “5,5 faiz civarında” illik iqtisadi böyümə hədəfinin qoyulduğunu bildirən baş nazir Çin iqtisadiyyatının keçən il 110 trilyon yuan (təxminən 17 trilyon 350 milyard dollar) böyüdünüyü bildirərək bu miqyasın böyük olduğuna görə bundan sonra iddialı hədəflər qoymağın asan olmayacağını vurğulayıb.

İqtisadiyyatın miqyaslarını nəzərə aldıqda 5,5 faizlik böyümə hədəfinin yüksək olduğunu qeyd edən Li Kesyanq düzgün makroiqtisadi siyasətlər müəyyənləşdirməyin zəruri olduğunu, bu məqsədlə büdcə kəsirinin ümumi daxili məhsula nisbətən 2,8 faiz səviyyəsində saxlanılmasını nəzərdə tutduqlarını bildirib.

Baş nazir vergi güzəştləri ilə hökumətin sadə vətəndaşlara, eləcə də kiçik və orta müəssisələrə çətin şəraitlərdə dəstək göstərməyi planlaşdırdığını vurğulayıb.