2022-ci ilin yanvar-fevral aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 779,5 milyon manatını və ya 58,2 faizini daxili vəsaitlər təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, əsas kapitala yönəldilmiş vəsaitlərin 815,9 milyon manatı və ya 60,9 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 75 faiz, büdcə vəsaitləri 10,4 faiz, əhalinin şəxsi vəsaitləri 9,4 faiz, digər vəsaitlər 4,7 faiz, bank kreditləri isə 0,5 faiz təşkil edib.