Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kirəmit gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi dövlət vergilərinə aid edilib.
Buna əsasən, 1 yanvar 2022-ci il tarixdən çınqıl xammalının hasilatına görə hesablanmış mədən vergisi bələdiyyə büdcəsinə deyil, dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsi, 8.1-ci və 217.5-ci maddələri.