Azərbaycanda kompüter, elektron və optik məhsulların istehsalı 39,6 faiz artıb

2022.03.11 13:35 (UTC+04:00)

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2022-ci ilin yanvar-fevral aylarında emal sektorunda elektrik avadanlıqlarının istehsalı 78,2 faiz, kimya sənayesi məhsullarının istehsalı 48,3 faiz, hazır metal məmulatlarının istehsalı 53,6 faiz, kompüter, elektron və optik məhsulların istehsalı isə 39,6 faiz artıb.

Dövlət Statistika Komitəsindən bildirilib ki, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 5,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 12,8 faiz artıb.