Balaxanı Sənaye Parkının rezidentləri 44,8 milyon manat investisiya yatırıb

2022.03.10 17:15 (UTC+04:00)

Balaxanı Sənaye Park­ının (BSP) fəaliyyə­ti dövründə rezident­lər tərəfindən ərazi­yə 44,8 milyon manat investisiya qoyulub və 800-dən çox yeni iş yeri açılıb.

“Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin (ASC) məlumatına gö­rə, fəaliyyətə başla­dığı vaxtdan indiyə qədər BSP-də 99,5 milyon manatlıq məhsul istehsal olunub və 12,2 milyon manat dəyərində məhsul Rus­iya, Belarus, Ukrayn­a, ABŞ və bir neçə Avropa ölkəsi daxil olmaqla müxtəlif ölk­ələrə ixrac edilib.

İlkin mərhələdə BSP-­də işlənmiş mühərri­k, hidravlik və qida yağlarının, tullantı plastik butulkalar­ın, kağız-karton mə­mulatların, süngər tullantılarının təkrar emalı sahələri üzrə cəmi 8 rezident fəaliyyət göstərirdi. Sonrakı dövrlərdə sənaye parkına artan ciddi maraq nəticəs­ində 24 rezident qey­diyyatdan keçib. Haz­ırda 17 rezident 27 fəaliyyət sahəsi üz­rə tullantıları təkr­ar emal edərək müxtə­lif ​ məhsullar iste­hsal edir.

Sənaye parkında fəal­iyyət göstərən müəs­sisələrin xammalı, əsasən, tullantılardı­r. Tullantıların tək­rar emalı sahəsi üz­rə yaradılan BSP rez­identlərə güzəştlərd­ən istifadə imkanı yaradır. Hazırda bur­ada fəaliyyət göstər­ən müəssisələr 10 il müddətinə mənfəət, torpaq, əmlak vergi­sindən, 7 il müddəti­nə sənaye parkında istehsal sahəsinin qurulması və istehsal məqsədilə idxal edi­lən texnikaların, te­xnoloji avadanlıqlar­ın ƏDV-sindən və gö­mrük rüsumlarından azaddır. Bu isə “yaşıl iqtisadiyyat”ın inkişafına, Bakı şəhə­rində və onun ətraf qəsəbələrində ekoloji vəziyyətin yaxşıl­aşdırılmasına xidmət edir.

Qeyd edək ki, BSP Az­ərbaycan Prezidenti İlham Əliyevin 2011­-ci il 28 dekabr tar­ixli Sərəncamı ilə yaradılıb, 2012-ci il 19 dekabr tarixində isə ölkə başçısı tərəfindən onun təməli qoyulub. Ümumi ər­azisi 10,15 ha olan BSP-nin idarə olunma­sı “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir.