Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fərdi sahibkarların balansında olan daşınar əsas vəsaitlər əmlak vergisinin vergitutma obyektidir. Bununla belə, fiziki şəxslərə məxsus sahibkarlıq fəaliyyətində istifadə olunmayan minik avtomobilləri əmlak vergisindən azaddır.
Qeyd olunanlara əsasən:
Müraciətdə göstərilən halda fərdi sahibkarın mülkiyyətində olan sahibkarlıq fəaliyyətində istifadə edilməyən minik avtomobillərinə görə əmlak vergisi hesablanmır. Fərdi sahibkarın mülkiyyətində olan və sahibkarlıq fəaliyyətində istifadə edilən yük avtomobillərinə görə isə əmlak vergisi hesablanır və dövlət büdcəsinə ödənilir.
Əsas: Vergi Məcəlləsi, 197.1.3 və 199.4.3-cü maddələr.