Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Qətərin ticarət və sənaye nazirinin müavini Sultan bin Rashid Al-Khater ilə görüşüb.
KOBİA-dan bildirilib ki, görüşdə ölkələrimiz arasında KOB sahəsində əməkdaşlıq imkanlarına və KOB-lara dəstək sahəsində qarşılıqlı təcrübə mübadiləsinə dair müzakirələr aparılıb. Eyni zamanda, agentliyin yerli biznes subyektləri ilə yanaşı, xarici iş adamlarına yerli tərəfdaşların tapılması və investisiya qoyuluşu sahəsində göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib.