İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 37 min 765 ipoteka krediti verilib

2022.03.10 13:23 (UTC+04:00)

İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

İKZF-dən bildirilib ki, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə indiyədək 37 min 765 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 2 milyard 072 milyon 353 min 138 manatdır.