Sadələşdirilmiş verginin ödəyicilərinin bir hissəsi 1 yanvar 2019-cu ildən etibarən mikro sahibkarlıq subyekti kimi mənfəət və ya gəlir vergisinin ödəyicisi hesab edilir. Vergi Məcəlləsinin 102.1.30. və 106.1.20-ci maddələrinə əsasən, mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin və ya mənfəətin 75 faizinə güzəşt nəzərdə tutulur. Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş Əlavəyə əsasən, aşağıdakı vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum olunurlar:
2019-cu ilin yanvar ayından Vergi Məcəlləsinin 218.5-ci maddəsinin genişləndirilməsi ilə bağlı məsələləri iqtisadçı Emin Səttarov "vergiler.az" portalına şərh edib. Qeyd olunub ki, bu maddəni sadələşdirilmiş qaydada uçot aparan vergi ödəyicilərinin hüquqlarının məhdudlaşdırılması və gəlir-xərc prinsipi üzrə işləyən vergi ödəyicilərinin siyahısının genişləndirilməsi kimi qiymətləndirmək olar. Maddəyə görə, artıq əvvəlki illərə münasibətdə sadələşdirilmiş vergi ödəyiciləri bu ildən fərdi sahibkarların gəlir, hüquqi şəxslərin isə mənfəət vergisinin ödəyicisi olacaqlar.
Sadələşdirilmiş qaydada bəyannamə verən vergi ödəyicisi bu ildən gəlir və mənfəət vergisinin ödəyicisi olduğuna görə gəlir və xərcin uçotunu aparmalı və buna əsasən gəlir və mənfəət vergisi bəyannaməsi təqdim etməlidir. Hər rübdən sonra ildə 4 dəfə olmaqla hər ayın 20-ə kimi sadələşdirilmiş vergi bəyannaməsi verən vergi ödəyicisi artıq bu ilin aprel ayının 15-nə kimi sadələşdirilmiş vergi bəyannaməsi təqdim etməyəcək, onun yerinə, Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, cari vergi ödəməsi ilə bağlı arayış təqdim etməli olacaq. Arayış vergi ödəyicisinin həmin dövr ərzində əldə etdiyi gəlirini təsdiq edən sənəd əsasında gəlirdən çıxılan xərclərini çıxmaqla yerdə qalan mənfəətindən 20 faiz mənfəət vergisi hesablanmalı olduğunu təsdiq edir.
Misal:
Əgər hesabat dövründə vergi ödəyicisinin gəliri 10.000 manat, gəlirdən çıxılan xərci 8.000 manatdırsa, deməli, mənfəəti 2.000 manat təşkil edir (10.000 – 8.000 = 2.000) Bu zaman həmin vergi ödəyicisinin mənfəət vergisi 400 manatdır (2.000 x 20% = 400). Əgər ödəyici mikrosahibkarlıq subyektidirsə, 400 manatdan bu məbləğin 75 faizi çıxılır (400 – 75% = 100) və əldə olunan məbləğin də 75 faizi hesablanmaqla cair vergi ödəməsinin miqdarı müəyyənləşdirilir (100 x 75% = 75).
Fəxriyyə İKRAMQIZI