Sulfat turşusu istehsalı müəssisəsində işlərin 85 faizi tamamlanıb

2022.03.09 15:41 (UTC+04:00)

Sumqayıt Kimya Sənaye Parkının rezidenti “Azərsulfat” MMC-nin sulfat turşusu istehsalı müəssisəsində avadanlıqların quraşdırılması (montajı) işlərinə başlanılıb.

Müəssisənin investisiya dəyəri 6 milyon ABŞ dollarıdır, layihə üzrə indiyədək görülən işlərə artıq 5 milyon dollar sərmayə qoyulub və işlərin 85 faizi tamamlanıb.

Qeyd edək ki, “Azərsulfat” MMC-yə 2020-ci ilin iyul ayında Sumqayıt Kimya Sənaye Parkının rezidentiyi statusu verilib.

Sənaye müəssisəsi idxalın əvəzlənməsində və ixrac potensialının genişləndirilməsində əhəmiyyətli rol oynayacaqdır.