“Əmək qanunvericiliyinin tətbiqi və əmək haqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” adlı kitab işıq üzü görüb. "Hr & Accounting Center" MMC-nin təsisçi-direktoru Nihad Əliyevin müəllifi olduğu kitabda əmək münasibətləri ilə bağlı aktual, vacib və praktiki mövzulardan bəhs olunur. Kitab, müəllifin əmək münasibətləri zəminində yaranan əmək fəaliyyətindən, habelə uzun müddət həyata keçirdiyi təlimçilik fəaliyyətindən yaranan təcrübəsi əsasında ərsəyə gəlmişdir.
Əmək münasibətləri zəminində təcrübədə yaranan ziddiyyətli məqamları, boşluqları oxuculara çatdırmaq kitabın tərtib olunmasında əsas məqsədlərdən biridir. Ziddiyyətli məqamlar və boşluqlardan sui-istifadə hallarının olmaması üçün əmək hüquqlarını yaxşı bilmək və analiz etmək lazımdır ki, sözügedən vəsait də məhz bu işə xidmət edir.
Kitab əmək müqavilələrinin bağlanmasından başlayaraq əmək münasibətlərinə xitam verilənədək işçi və işəgötürən arasında yaranan bir çox əmək münasibətlərini özündə ehtiva edir. Vəsait insan resursları üzrə mütəxəssislərin, hüquqşünasların, mühasiblərin və əmək qanunvericiliyi ilə maraqlanan praktiki işçilərin stolüstü kitabı ola bilər.
Əlaqə nömrəsi: (070) 726-66-56.