Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşmaqda davam edir.
Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 2,42 dollar artaraq 130,40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 1,93 dollar artaraq 125,63 dollar olub.