Birjalarda neft qiymətləri

2022.03.05 10:58 (UTC+04:00)

Dünyada baş verən hadisələr fonunda birjalarda neft qiymətləri bahalaşmaqda davam edir.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 7,65 dollar artaraq 118,11 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 8,01 dollar artaraq 115,68 dollar olub.