Eyni ayda ödənilmiş mə­zu­niy­yət və əməkhaqqı üçün ver­gi­lərın hesablanması

2022.03.10 10:23 (UTC+04:00)

Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin hər il bu Məcəllədə nəzərdə tutulmuş minimum müddətdən az olmayan ödənişli əsas məzuniyyətdən və müvafiq hallarda əlavə, sosial, ödənişsiz, təhsil məzuniyyətlərindən istifadə etmək hüququ vardır.

Misal: İşçi 26 iyun – 5 avqust tarixlərində 40 günlük əmək mə­zu­niy­yə­tində olub. Mə­zu­niy­yət haq­qı mə­zu­niy­yə­tə çıx­ma­mış­dan ön­cə və bir­də­fə­lik ödə­nil­di­yi üçün gə­lir ver­gi­si­nə cəlb edil­mə han­sı şə­kil­də ol­ma­lı­dı­r?

Fərz edək ki, iş­çi­nin əməkhaq­qı 800 ma­nat­dır, 40 gün­lük mə­zu­niy­yət üçün məzuniy­yət haq­qı isə 1.200 ma­nat­dır. İş­çi­yə iyun ayı üz­rə 700 ma­nat əməkhaq­qı, 130 ma­nat mə­zu­niy­yət haq­qı, iyul ayı üz­rə 910 ma­nat mə­zu­niy­yət haq­qı, av­qust ayı üz­rə 160 ma­nat mə­zu­niy­yət haq­qı və 700 ma­nat əməkhaq­qı he­sab­lanıb.

Bu za­man he­sab­lan­mış mə­zu­niy­yət haq­qın­dan ay­rı-ay­rı­lıq­da gə­lir ver­gi­si tutulmalı­dır. Yə­ni iyun ayın­da mə­zu­niy­yə­tə çıx­mış iş­çi­nin ay­lıq gə­li­ri, iyun, iyul, av­qust ay­la­rı üçün ay­rı-ay­rı­lıq­da mü­əy­yən edi­lməli, hər bir ay üçün he­sab­lan­mış gəlir­dən gə­lir ver­gi­si də ay­rı-ay­rı­lıq­da tu­tul­ma­lı­dır.

Da­ha də­qiq de­sək, iş­çi­nin məzuniyyət günləri üçün hesablanmış məzu­niy­yət haq­qı məb­lə­ğin­dən mə­zu­niy­yət gün­lə­ri­nin aid ol­du­ğu təq­vim ay­la­rı­na uy­ğun hə­min ayların əməkhaq­qı məb­lə­ği ilə bir­gə, son haqq-he­sab za­ma­nı isə son ilin is­ti­fa­də edil­mə­miş mə­zu­niy­yə­ti ilə iş­lə­di­yi son ayın əməkhaq­qı məb­lə­ği, əvvəlki il­lə­rin istifa­də edil­mə­miş mə­zu­niy­yət gün­lə­ri üçün hər bir mə­zu­niy­yət ili üz­rə ay­rı-ayrılıq­da ver­gi­yə cəlb edil­mə­li­dir.

İyun ayında işçinin ümumi gəliri 700 manat əməkhaq­qı və 130 ma­nat məzuniy­yət haq­qı olmaqla cə­mi 830 ma­nat; iyul ayın­da 910 ma­nat; av­qust ayın­da mü­va­fiq olaraq 160 manat mə­zu­niy­yət haq­qı, 700 ma­nat əməkhaq­qı ol­maq­la 860 manat olub. Bu hal­da iş­çi­nin ay­lar üz­rə ver­gi­yə cəlb edi­lən gə­li­ri iyun, iyul, av­qust ayla­rı üz­rə mü­va­fiq ola­raq 830, 910, 860 ma­nat ola­caq­dır. Mə­zu­niy­yət haqqı işçinin məzu­niy­yə­tə çıx­ma­sın­dan əv­vəl kö­çü­rül­sə­də, ay­lar üz­rə ver­gi­yə cəlb ediləcək­dir.