Yanvarda Azərbaycandan xaricə 2 milyard kubmetr qaz satılıb

2022.03.04 17:45 (UTC+04:00)

Yanvar ayında xaricə qaz satışı 2 milyard kubmetr təşkil edib.

Energetika Nazirliyindən bildirilib ki, Türkiyəyə 0,8 milyard kubmetr, Avropaya 0,8 milyard kubmetr, Gürcüstana isə 0,4 milyard kubmetr qaz ixrac olunub. Türkiyəyə TANAP-la bu müddətdə 0,5 milyard kubmetrdən çox qaz nəql edilib.

Qeyd edək ki, “Şahdəniz” yatağı istismara veriləndən bu il fevralın 1-dək hasil edilən 160 milyard kubmetrə yaxın qazın 110 milyard kubmetrə yaxın həcmi ixraca nəql olunub.