Azərbaycanda qaz hasilatı 12,9 faiz artıb

2022.03.04 16:59 (UTC+04:00)

Yanvar ayında ölkədə 4,1 milyard kubmetr təbii qaz hasil edilib.

Energetika Nazirliyindən bildirilib ki, qazın 1,2 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”dən, 2,2 milyard kubmetri “Şahdəniz”dən, 0,7 milyard kubmetri SOCAR üzrə hasil olunub. Ötən ilin müvafiq dövrünə nisbətən 12,9 faiz artımla qaz hasil edilib.

Yataqlar istismara veriləndən bu il fevralın 1-dək “Azəri-Çıraq-Günəşli”dən 191 milyard kubmetrdən çox, “Şahdəniz”dən isə 160 milyard kubmetrə yaxın qaz hasil olunub.